Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək
02 noyabr 2022 18:05 (UTC +04:00)

Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək

Zəfər Günü ilə bağlı noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş keçiriləcək.

Lent.az xəbər verir ki, saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq.

Yürüşlər bu marşrutlar üzrə olacaq:

1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinomərkəzi -Neftçilər prospekti – Azadlıq meydanı;

2-ci marşrut: Şəhidlər Xiyabanı - Alov Qüllələri Kompleksi - İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – "Azneft" dairəsi – Bəhram Gur heykəli.

3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti - Şəhidlər Xiyabanı.

4-cü marşrut: Şuşa şəhərində.

# 3120
avatar

Oxşar yazılar