Zaqatalada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib
29 aprel 2023 16:35 (UTC +04:00)

Zaqatalada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilətəşəbbüsü ilə Zaqatalada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, rayon polis şöbəsinin inzibati binasında keçirilən konfransda polis əməkdaşları ilə yanaşı Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələrinin, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələri istiqamətdə görülməli olan işlər müzakirə edilib.

Qeyd edilib ki, bu gün Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik, beynəlxalq normativ hüquqi aktlar və mütərəqqi iş üsulları əsasında həyata keçirir.

Çıxışlarda həmçinin, təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meylilik kimi neqativ hallara qarşı mübarizəni daha səmərəli təşkil etmək üçün görülməli olan işlər sadalanıb. Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdiməlidir. Tədbir çərçivəsində müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, konkret misallarla hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib, bir sıra təkliflər səsləndirilib.

# 2256
avatar

Oxşar yazılar