Yunan əsatirlərindəki qadınlar Azərbaycanda yaşayıb - avropalı alimlər Xınalıqda nə tapdı?
26 mart 2024 20:15 (UTC +04:00)

Yunan əsatirlərindəki qadınlar Azərbaycanda yaşayıb - avropalı alimlər Xınalıqda nə tapdı?

Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar, ehtimallara görə reallıqda mövcud olublar. Onların güman olunan prototipləri təxminən 4000 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub. Bu barədə “The Guardian”a britaniyalı tarixçi və yazıçı Bethany Hyuz məlumat verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, alimin sözlərinə görə, 2019-cu ildə Rusiyada ox ucları və nizə ucları ilə birlikdə basdırılmış 4 qadın döyüşçünün qalıqları aşkar edilib. 2017-ci ildə isə erməni arxeoloqları döyüş zamanı aldığı yaraların izləri və ox ucu içində ilişmiş qadın qalıqlarını tapıblar.

Hyuz qeyd edib ki, bu qadınların hamısının barmaq sümüklərində xarakterik əyriliklər var, bu da onların həyatları boyu yay və oxlardan istifadə etdiklərini göstərir. Bundan əlavə, skeletlərin çoxunda yəhərdə uzun müddət istifadə edildiyini göstərən dəyişikliklər də olub.

Ekspedisiyaların birində bir qrup arxeoloq Azərbaycanın 2200 metr hündürlükdə yerləşən və Avropanın ən hündür yaşayış məntəqəsi sayılan Xınalıq dağ kəndində olub. Bu kənd tunc dövründən mövcud olub.

Xınalıq sakinləri tədqiqatçılarla xalq rəvayətlərini bölüşüblər ki, yerli qadınlar düşmən onları tanımasın deyə üzlərini örtüb döyüşüblər.

# 4125
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17