Keşiş baş nazir olmaq istəyir
26 may 2024 18:11 (UTC +04:00)

Keşiş baş nazir olmaq istəyir

Ermənistanda müxalif “Tavuş Vətənin Uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürüb.

Lent.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin Uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Oxşar yazılar