Küləkli hava nə vaxtadək  davam edəcək?
25 may 2024 18:17 (UTC +04:00)

Küləkli hava nə vaxtadək davam edəcək?

Mayın 25-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.

Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda isə hazırda sürəti 18-22 m/san güclü külək əsir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3942
avatar

Oxşar yazılar