Yol polisindən ÇAĞIRIŞ:  bu yollara GİRMƏYİN
07 iyun 2022 12:21 (UTC +04:00)

Yol polisindən ÇAĞIRIŞ: bu yollara GİRMƏYİN

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Lent.az- bildirib ki, iyun ayının 6-13-də yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət məhdudlaşdırılıb və istiqamətlər dəyişdirilib.

Baş inspektor həmin yarışların keçiriləcəyi küçə və prospektlərdə piyadaların və ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmadığını qeyd edib:

"Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir.

Bildirmək istəyirik ki, nizamlayıcı qismində əməkdaşlarımız tərəfindən verilən bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, daha çox ictimai nəqliyyata üstünlük verməyi də vətəndaşlarımızdan xahiş edirik. Sürücülər yalnız son zərurət halları olmasa bu küçələrdən istifadə etməsinlər. Yarışların keçirildiyi küçələrdəki məhdudiyyətlər təqdim etdiyimiz alternativ yollarda da sıxlığa səbəb olur. Buna görə də xahiş edirik ki, ayın 13-dək şəxsi avtomobillərdən istifadə məhdudlaşsın. İyunun 13-dən sonra isə hərəkət sürətli şəkildə bərpa ediləcək”.

Qeyd edək ki, “Formula 1" istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə, 20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə, Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə, Bakı-Zığ yolu-Nobel Prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə, Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət edilməlidir. Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyən edilib.

# 2025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar