YENİ ŞTAMM   uşaqların da peyvəndlənməsini zəruri edir? - ÇAĞIRIŞ
26 oktyabr 2021 13:48 (UTC +04:00)

YENİ ŞTAMM uşaqların da peyvəndlənməsini zəruri edir? - ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, artıq “AY.4.2” ştammı meydana çıxıb. Mütəxəssislərin fikrinə görə, yeni virus daha çox gənclər və uşaqlar arasında yayılır. Bu digər ştamlara nisbətən daha təhlükəlidir.

Bəs uşaqları bu təhlükədən necə qoruyaq? Bunun qarşısını almaq üçün 12 yaşdan aşağı olanlara da vaksin vurulmalıdır?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, yeni yaranan ştama çox ciddi yanaşılmalıdır:

“Bu variantla bağlı əsas xüsusiyyətlər odur ki, digər ştamlara nisbətən yoluxuculuğu daha yüksək və replikasiya sürəti artandır. Hansı ki, bu gizli dövrün müddətinin qısalmasına və klinik gedişatın sürətlə inkişafına dəlalət edir. Digər bir məqam daha aşağı yaş qruplarında da klinik ağırlaşmaların müşahidə olunmasıdır. Bunlar nəzərə alınaraq çox ciddi yanaşılmalı mutasiyadır.

Hazırda Azərbaycanda 12 yaşdan yuxarı şəxslərə “Pfizer” peyvəndi tətbiq olunur. Düşünürəm ki, artıq aşağı yaş qrupu olan şəxslərə də sözügedən peyvənd növü vurulmalıdır. Buna səbəb isə mutasiyaların yaranmasından sonra yalnız böyük şəxslərin yox, eləcə də azyaşlıların və yeniyetmələrin virusu ağır keçirməsinin müşahidə edilməsidir”. 

İnfeksionist insanlara müraciət edərək bildirib ki, gigiyenik qaydalara riayət edin, sosial məsafəni qoruyun və maskadan istifadə edin.

Eyni zamanda həkim insanları peyvənd olunmağa çağırıb və yalnız peyvəndlə yoluxmanın qarşısının alına biləcəyini söylədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2522

Oxşar yazılar