Rusiyanın Yekaterinburq şəhərindən Bakıya təyyarə reysləri bərpa olunur.
Lent.az-ın məlumatına görə, ilk reys 31 iyulda "İraero" şirkəti tərəfindən həyata keçiriləcək.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü baş tutacaq.
Qeyd edək ki, Yekaterinburqla Bakı arasında uçuşlar 2022-ci ilin martında dayandırılıb.