Yayın ilk günlərində koronavirusa yoluxanlar - SAY AÇIQLANDI
26 iyun 2022 16:42 (UTC +04:00)

Yayın ilk günlərində koronavirusa yoluxanlar - SAY AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Bu barədəLent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 164 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 292 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 2 345, hazırkı dövrədək isə 6 954 464 test aparılıb.

# 2196
avatar

Oxşar yazılar