Yaşa görə sosial müavinət alan şəxs rayondan Bakıya köçərsə pensiyanı necə alacaq? - CAVAB
01 iyun 2024 18:34 (UTC +04:00)

Yaşa görə sosial müavinət alan şəxs rayondan Bakıya köçərsə pensiyanı necə alacaq? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu yaşa görə pensiya ilə bağlıdır.

Yaşa görə sosial müavinət alan şəxs rayondan Bakıya köçərsə pensiyanı necə alacaq?

Lent.az xəbər verir ki, yaşayış yerini dəyişməklə əlaqədar müavinət işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struk bölməsinin (bundan sonra - Bölmə) sorğusu əsasında aparılır.

Müavinət alan şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə Bölmə tərəfindən müavinət alanın haradan köçməsini göstərdiyi ərizəsi, yeni yaşayış yeri haqqında sənədlər (şəxsiyyət vəsiqəsi) əsasında onun əvvəllər qeydiyyatda olduğu Bölməyə müavinət, təqaüd və kompensasiya işinin göndərilməsi üçün 3 (üç) iş günü müddətində sorğu göndərilir. 

Bölmə tərəfindən 10 (on) gündən gec olmamaqla müavinət, təqaüd və kompensasiya işinin poçtla şəxsin yeni yaşayış yeri üzrə Bölməyə göndərilməsi təmin edilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14193
avatar

Fidan İlqar

Oxşar yazılar