Yas mərasimi keçirənlər cərimələndi -FOTO
30 aprel 2021 17:21 (UTC +04:00)

Yas mərasimi keçirənlər cərimələndi -FOTO

Ağsuda keçirilən tədbirlər nəticəsində rayonun Ağarx kəndi ərazisində yas mərasiminin təşkil edildiyi müəyyən olunub.

DİN-in Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, kənd sakini Əşrəf Vəliyevə məxsus evdə təşkil edilən yas mərasimi RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Sanitar-karantin qaydaları həmin şəxslərin bir daha diqqətinə çatdırılıb və onlarla izahedici söhbətlər aparılıb. 

Mərasimi təşkil edənlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlardan biri, rayonun Elabad kənd sakini Süleyman Məmmədov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar