Yağış, qar, güclü külək... - FAKTİKİ HAVA
13 mart 2021 11:42 (UTC +04:00)

Yağış, qar, güclü külək... - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Lent.az-a bildirilib ki, martın 13-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib. 

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 56, Sarıbaşda (Qax) 46, Yardımlı, Qusarda 33, Şahdağda 28, Daşkəsəndə 27, Kişçayda (Şəki) 26, Altıağacda 24, Qubada 20, Lerikdə 19, Xaltanda 16, Qrızda 12, Oğuz, Şahbuzda 10, Şəki, Göyçayda 9, Şabran, Tovuzda 8, Qəbələ, Gədəbəydə 7, Xaçmaz, Mingəçevirdə 4, Qobustan, Naftalanda 2, Balakən, Zaqatala, Kürdəmirdə 1 sm olub.

Düşən yağıntının miqdarı Göytəpədə 40, Lerik, Lənkəranda 20, Naxçıvanda 17, Mingəçevirdə 15 mm, digər rayonlarda 5 mm-dən 12 mm-dək, Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.

Şimal-şərq küləyi səhər saatlarından başlayaraq 7-12 m/s-dək zəifləyib. Neft  Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrdir. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0.4-0.6, aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-11, yüksək dağlıq ərazilərdə 13-17, Naxçıvan MR-da 3-11 dərəcə şaxta olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2996

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07