XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ
31 yanvar 2023 11:05 (UTC +04:00)

XİN-dən İrana gedən azərbaycanlılara XƏBƏRDARLIQ

“Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Lent.az-a verilən xəbərə görə, İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL: [email protected]

WEBSITE: tabriz.mfa.gov.az”.

# 2493
avatar

Oxşar yazılar

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01
Bakının bu küçəsində hərəkət dayandırılır

Bakının bu küçəsində hərəkət dayandırılır

22 mart 2023 , 17:12
“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

22 mart 2023 , 13:07
Sabah 22 dərəcə  isti olacaq

Sabah 22 dərəcə isti olacaq

22 mart 2023 , 12:55
QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

21 mart 2023 , 16:51
Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

21 mart 2023 , 15:58
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

21 mart 2023 , 12:38
100 gün oldu-FOTO

100 gün oldu-FOTO

21 mart 2023 , 09:47