Yeni tibb müəssisəsi istifadəyə verildi
14 may 2013 14:20 (UTC +04:00)

Yeni tibb müəssisəsi istifadəyə verildi

Bakıda bir neçə səhiyyə müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu barədə Lent. az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Əsaslı təmir olunan səhiyyə müəssisələrindən biri də 33 saylı şəhər poliklinikasıdır. 31 min nəfərə xidmət göstərəcək tibb müəssisəsində 2 laboratoriya, kardioloji, stomatoloji, oftalmoloji, cərrahiyyə və lor kabinetləri, USM , rentgen və manipulyasiya otaqları var və onlar lazımı tibbi cihaz, avadanlıqlarla təchiz olunub.

Şüvəlan qəsəbəsindəki 36 saylı uşaq pulmanoloji sanatoriyasında da təmir işləri aparılıb. Yenidənqurmadan sonra istifadəyə verilən sanatoriyada fizioterapiya və masaj kabinetlərinə mebel dəstələri və tibbi avadanlıqlar yerləşdirilib. Burada həmçinin pasiyentlərin normal qidalanması üçün mətbəx və yeməkxana , eləcə də istirahət guşələri fəaliyyət göstərəcək. 60 çarpayılıq tibb müəssisəsində palatalar 2, 3 və 4 nəfərlikdir. Sanatoriyada ilk dəfə olaraq konvektir tipli isitmə sistemi quraşdırılıb. Sanatoriyanın həyətində də geniş abadlıq işləri aparılıb. Hər biri 150 kub olmaqla iki su anbarı, ayrıca qazanxana tikilib. Tibb ocağını keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə müasir tipli su təmizləyici qurğu quraşdırılıb.

# 835

Oxşar yazılar