Sabah talassemiya xəstəsi, 6 yaşlı Ağazadə Fərid Vüqar oğluna dəstək olmaq üçün xeyriyyə kitab aksiyası keçiriləcək. Lent.az-ın məlumatına görə, “Bakumoz” kitab evində təşkil edilən aksiyada könüllülərin mağazaya hədiyyə etdikləri kitablar satışa çıxarılacaq və satışdan əldə edilən gəlir Fəridin ailəsinə veriləcək.
Qeyd edək ki, Fərid xəstəliyin ən ağır dərəcəsi hesab edilən “betta talassemiya”dan əziyyət çəkir. 6 aylığından bu günə qədər o, hər 20 gündən bir dərman qəbul edir və bunun hesabına yaşayır. O, Türkiyənin “Medical Park” klinikasında əməliyyat olunmalıdır. Əməliyyatın qiyməti 150 min avrodur. Ailə tələb olunan məbləğin sadəcə 12 min manatını təmin edə bilir. Fəridə kömək etmək istəyən hər kəs sabah saat 10:00-dan 20:00-dək kitab aksiyasında iştirak edə bilər. Bundan əlavə Fəridin adına bank hesabı da var.
Beynəlxalq Bank. Ağayeva Xəyalə Mehman qızı
Hesab nomer...AZ90İBAZ33881019442310860208
Agayeva Xeyale Mehman qizi... Acc nomer.....Az91KABA00000000000001822497