Vərəsəlik problemi olanları, əlilləri, ailə quranları, boşananları maraqlandıracaq xəbər - QAYDALAR
13 dekabr 2012 13:17 (UTC +04:00)

Vərəsəlik problemi olanları, əlilləri, ailə quranları, boşananları maraqlandıracaq xəbər - QAYDALAR

Lent.az-ın verdiyi məlumata görə, xaricdə daimi yaşayıb, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətinin onların ümumvətəndaşlıq pasportları əsasında müəyyən edilməsi barədə müddəa ləğv olunub.

Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri də artıq pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər sübut etməyəcək. - Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti sübut edəcək. Himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmamasını yoxlamaq üçün də pasport deyil, şəxsiyyət vəsiqəsi yetərli olacaq.  Eyni zamanda bundan əvvəl olduğu kimi himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmaması doğum haqqında şəhadətnamə əsasında yoxlanılacaq, səhhətlə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya tibb-əmək ekspert komissiyasının arayışı ilə yoxlanılacaq.


Dəyişikliklər yeni ailə quran və boşananları da əhatə edir. Buna qədər notarius şəhadətnamə verərkən nikah münasibətlərini təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə, nikahın qeyd olunması haqqında pasportda qeyd və s.), nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması faktını təsdiq edən sənəd (nikahın pozulması haqqında şəhadətnamə, nikahın pozulmasının qeyd olunması haqqında pasportda qeyd və s.) tələb edilib. Bundan sonra notarius şəhadətnamə verərkən nikah haqqında şəhadətnamə, nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması haqqında şəhadətnamə tələb ediləcək.

# 967
avatar

Oxşar yazılar