TQDK sədri buraxılış və qəbul imtahanlarının birləşdirilməsindən danışdı
26 iyul 2013 12:13 (UTC +04:00)

TQDK sədri buraxılış və qəbul imtahanlarının birləşdirilməsindən danışdı

 

“Hələ ki, Azərbaycanda buraxılış imtahanları çox sadə formada aparılır, sualların 70 faizi 7-ci sinfə qədəri əhatə edir. Ona görə də buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsinin indi gündəmə gəlməsi düzgün deyil”. Lent.az-ın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçiridiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, orta məktəblərdə təhsilin səviyyəsinin yuksəldilməsi üçün addımlar atılır: “Mərhələ-mərhələ elə səviyyəyə gəlib çata bilərik ki, müəyyən ixtisaslara attestat təqdim etməklə ali məktəbə qəbul mümkün ola bilər. Ən azı 5 ildən sonra bu, mümkün olacaq. Ancaq elə ixtisaslar, ali məktəblər olacaq ki, ora qəbul imtahanla olmalıdır”.

 

TQDK sədri qeyd edib ki, hər il Rusiyada Vahid İmtahan Sistemində çoxlu sayda qalmaqallar yaşanır. Buna görə də Rusiyadan nümunə götürmək cəhdləri yersizdir.

 


Məleykə Abbaszadə deyib ki, hazırda yalnız Ukraynada attestat təqdim etməklə ali məktəblərə qəbul mümkündür: “Elə ölkələr var ki, ali məktəblər var, oxumaq istəyənlər yoxdur. Ona görə də kənar ölkələrdən qəbula çalışırlar. Ukraynadakı elə ali məktəblərə övlad göndərən valideynlər fikirləşməlidirlər ki, bunu nə üçün edirlər. Hansısa məktəbdə diplom almaq, yoxsa övladının mütəxəssis kimi yetişməsi üçün. Bu, təhsil sahəsində turizmdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1631

Oxşar yazılar