“Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır. Lakin bunun nə qədər və necə edilməsi əsasdır”. Lent.az-n məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. M. Cabbarovun sözlərinə görə, maaşların artırılması ilə bağlı əsas məsələ məktəb direktorları ilə əlaqədardır: “Onlar müəllimlər qədər maaş alırlar, amma üzərilərində çox böyük yük var. 2000 şagirdi olan məktəbin direktoru daha az şagirdi olan məktəb direktoru ilə eyni maaşı alır. Bu isə düzgün deyil. Görünür, bizim ödəmə sistemində bir problem var. Biz tərkibində müəyyən çatışmazlıq olan sistemi daha da çətinləşdirmək istəmirik. Nazirlik bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır. Düşünürük ki, bu sahədə gələcəkdə uğur qazanacağıq”.
Nazir qeyd edib ki, ödənişləri artıran zaman bunun gələcək fəsadları düşünülməli və mövcud təhsil sisteminin çatışmazlıqları nəzərə alınmalıdır.

Təhsil naziri: “Müəllimlərin maaşları artırılmalıdır”
Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07