Şuranın növbəti iclası keçirilib
20 dekabr 2012 19:07 (UTC +04:00)

Şuranın növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, Şura sədri Azay Quliyev iclası açaraq, gündəlikdə Şuranın dördüncü rüb fəaliyyətinin yekunları ilə bağlı hesabatın müzakirəsinin durduğunu bildirib. A.Quliyev hesabatlarda Şuranın fəaliyyətinin əsas məqamlarına, o cümlədən maliyyələşdirilən layihələrin effektivliyi və əldə edilmiş real nəticələrə diqqət yönəltməyin vacibliyini qeyd edib.  

 

Rüblük hesabatı Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov təqdim edib. Şura üzvlərinin qeyd və təkliflərindən sonra hesabat qəbul edilib.

 

Şuranın fəaliyyətilə bağlı ilin yekun hesabatının hazırlanması və hesabatın struktur quruluşu haqqında da Şura üzvləri bir sıra  təklif və tövsiyələr irəli sürüblər. Müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

 

 

   

# 480
avatar

Oxşar yazılar