
Şirməmməd Hüseynov II Fəxri Xiyabanda dəfn ediləcək - RƏSMİ
Şirməmməd Hüseynov bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.
Bu barədə Lent.az-a Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib. O bildirib ki, qocaman jurnalistlə vida mərasimi keçirildikdən sonra o torpağa tapşırılacaq.
S.Həsənov həmçinin əlavə edib ki, jurnalist təxminən saat 14:00 radələrində dəfn ediləcək və artıq bunun üçün hazırlıqlara başlanılıb.
Qeyd edək ki, Şirməmməd Hüseynovla vida mərasimi saat 11:00-13:00 arası Bakı Dövlət Universitetində keçiriləcək.
Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə (keçmiş Nuxa) anadan olub.
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından olan Şirməmməd Hüseynov iyunun 24-də vəfat edib.
Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50