Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı
20 iyun 2014 12:09 (UTC +04:00)

Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı

Müəllimlərin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 10-13 iyun tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri ilə bakuedu.az saytından istifadə etməklə tanış olmaq olar.

 

Müəllimlər sayta daxil olduqdan sonra iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticə haqqında məlumat əldə edə bilərlər. Üç dəfədən artıq yalnış məlumat daxil edildiyi halda nəticələrə giriş bağlanır.

 

Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda isə saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmaq lazımdır.

 

Müraciətlərə 1 iş günü ərzində cavab veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2201

Oxşar yazılar