Şeyxdən qalmaqallı qanun layihəsinə irad və təkliflər
13 dekabr 2012 18:40 (UTC +04:00)

Şeyxdən qalmaqallı qanun layihəsinə irad və təkliflər

Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bu  komitənin sədri Hadi Rəcəbli söyləyib.

Hadi Rəcəbli deyib ki, layihə növbəti dəfə baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib, eyni zamanda Sosial siyasət komitəsi Maliyyə Nazirliyindən müəyyən təkliflər alıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyindən gələcək təkliflər, o cümlədən Maliyyə Nazirliyinin göndərdiyi təkliflər sonradan ümumiləşdirilərək qanun layihəsinin yeni variantında nəzərə alınacaq: “Ona görə hələlik bu qanun layihəsinin komitəmizdə, o cümlədən parlamentin plenar iclasında müzakirəsini müvəqqəti olaraq təxirə salmışıq. Qanun layihəsi tam təkmilləşdirildikdən sonra onu həm komitəmizin, həm də plenar iclasın müzakirəsinə çıxarmağı nəzərdə tuturuq. Eyni zamanda qeyd edim ki, dinin dövlətdən ayrı olmasına baxmayaraq, milli-mənəvi dəyərlərimizlə bağlı dini qurumlardan da bizə müəyyən təkliflər gəlib. Biz onların da bu qanun layihəsinin hazırlanmasında iştirakını və təkliflərini vacib sayırıq”.
 

Hadi Rəcəbli bildirib ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsindən də qanun layihəsi ilə bağlı müəyyən irad və təkliflər alıblar: “Çox sevindirici haldır ki, şeyx həzrətləri ümumən bu qanunda milli-mənəvi dəyərlərlə bağlı məqamlara proqressiv münasibətini bildirib. Ancaq bununla belə, onun və eləcə də, rəhbərlik etdiyi təşkilatın milli-mənəvi dəyərlərimiz, həmçinin, mentalitetimizlə bağlı qanun layihəsinə növbəti müəyyən irad və təklifləri var. Həmin təkliflər bir daha baxıldıqdan və nəzərə alındıqdan sonra qanun layihəsini müzakirələrə təqdim etmək fikrindəyik”.

 

# 1779
avatar

Oxşar yazılar