Səməd Seyidov yeni təhsil nazirindən danışdı
06 may 2013 16:33 (UTC +04:00)

Səməd Seyidov yeni təhsil nazirindən danışdı

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Mikayıl Cabbarovun yeni təhsil naziri təyin edilməsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, S.Seyidov bu gün Azərbaycan Dillər Universitetində keçirilən beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib ki, gəncliyin sinirini tutmaq qabiliyyəti olan şəxs Azərbaycanın təhsil sisteminə rəhbərlik etməyə başlayıb. “Bildiyiniz kimi, bir müddət öncə Mikayıl Cabbarov təhsil naziri təyin olunub. Mikayıl müəllim ABŞ-da təhsil almış, zəngin dünya görüşü, bilik və intellekti olan şəxsdir. Onun nazir təyin edilməsi müsbət bir haldır”-deyə, rektor əlavə edib. 

# 2021

Oxşar yazılar