Şagirdlərin yerdəyişməsi ilə bağlı yenilik
01 avqust 2019 16:52 (UTC +04:00)

Şagirdlərin yerdəyişməsi ilə bağlı yenilik

Təhsil naziri Ceyhun Bayramov  “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında”  əmr imzalayıb.

Nazirlikdən Lent.az-a bildirilib ki, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” avqustun 15-dən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar