Sabah havanın tempraturu 29 dərəcəyə çatacaq
06 aprel 2013 12:45 (UTC +04:00)

Sabah havanın tempraturu 29 dərəcəyə çatacaq

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 22-27, bəzi yerlərdə 29 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək.

# 633
avatar

Oxşar yazılar