Sabah Binəqədi və Abşeronda  su problemi yaranacaq
04 aprel 2013 19:02 (UTC +04:00)

Sabah Binəqədi və Abşeronda su problemi yaranacaq

Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik paylayıcı şirkəti tərəfindən yüksək gərginlikli elektrik xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar ərazidə yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bununla bağlı aprelin 5-də Bakı şəhəri Binəqədi rayonun Biləcəri və Binəqədi qəsəbələrinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 

# 619
avatar

Oxşar yazılar