Sabah 38 dərəcə isti olacaq
20 iyul 2013 13:29 (UTC +04:00)

Sabah 38 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 21-də gözlənilən hava proqnozunu açıqlayıb.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev  APA-ya açıqlamasında deyib ki, iyulun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 33-38, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar