Rayonlara qar yağacaq
30 mart 2013 00:10 (UTC +04:00)

Rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, 29-dan 30-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir. 


Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarına gəlincə, martın 30-da arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər qərb, gündüz isə şərq rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

# 1135
avatar

Oxşar yazılar