Qurban Yetirmişli: “Güclü zəlzələ gözlənilmir...”
20 dekabr 2012 19:05 (UTC +04:00)

Qurban Yetirmişli: “Güclü zəlzələ gözlənilmir...”

“Badamdar zonasında  zəif də olsa, sürüşmə dinamikası var”

 

“Balakən-Zaqatala bölgəsində ocaq tam sönməyib, 2-4 maqnitudalı zəlzələlər ola bilər”.

 

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli söyləyib.

 

Qurban Yetirmişli bildirib ki, bu bölgədə güclü, 6-7 bal gücündə zəlzələ gözlənilmir. O, Abşeron yarımadasında, Bakıda da güclü zəlzələ gözlənilmədiyini söyləyib: “Dekabrın 19-da Ağstafada, Ceyrançöl ərazisində baş verən 3,1 maqnitudalı zəlzələ də həyəcana səbəb olmamalıdır. Burada yüksək gərginliyin toplanmasından və güclü zəlzələnin gözlənilməsindən söhbət gedə bilməz”.

 

Qurban Yetirmişli Bakıda, Badamdar zonasında zəif də olsa, sürüşmə dinamikasının olduğunu da qeyd edib: “Burada əsas təkanverici amillər atmosfer yağıntıları, yamacın maili, sürüşməyə meylli olmasıdır”.

# 646
avatar

Oxşar yazılar