
Qayınana böyrəyini kürəkəninə bağışladı
Qayınana böyrəyini kürəkəninə bağışlayıb.
Lent.az məlumat verir ki, uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib. 54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.
“Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi. Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülən böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!” - şöbə müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan qeyd edib.
Oxşar yazılar

Güclü külək Zaqatala və Balakəndə fəsadlara səbəb oldu
15 iyun 2025 , 10:31
Yayda həyatlarını köklü dəyişdirəcək BÜRCLƏR
14 iyun 2025 , 18:42
Naxçıvan, İstanbul və Mərkəzi Asiya ölkələrinə uçuşların sayı artırılır
14 iyun 2025 , 18:27
AZAL bir neçə reysi LƏĞV ETDİ
14 iyun 2025 , 15:26
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
14 iyun 2025 , 14:13
Xankəndidə 37 il sonra "Son zəng" çalındı
14 iyun 2025 , 13:11
Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT
14 iyun 2025 , 13:02