
Özünüməşğulluq proqramı çərçivəsində daha 420 ailəyə aktivlər verilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesi davam edir.
Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyul-avqust aylarında daha 420 ailəyə mal və materiallar formasında aktvlər təqdim olunub və onlar verilmiş aktivlər hesabına öz təsərrüfatlarını yaradıblar. Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir. Bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.
Ümumilikdə cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar əsasən əlilliyi olanlardan, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.
2019-cu il ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.
Oxşar yazılar

Kişilər onlara görə dəli olurlar: BÜRCLƏRİN ən ölümcül qadınları
10 iyun 2025 , 00:02
Bu BÜRCLƏRİ sürətli karyera yüksəlişi gözləyir
9 iyun 2025 , 18:43
Gün eynəyi taxmağın kimlər üçün təhlükəli olduğu AÇIQLANDI
9 iyun 2025 , 17:50
Keniya prezidenti Kamran Əliyevi qəbul etdi
9 iyun 2025 , 17:25
Benzinin ən ucuz və ən baha olduğu 10 ölkə: qiymətlər sizi şoka salacaq
9 iyun 2025 , 17:10
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02
Azərbaycana təhlükəli makaron gətirilib? - RƏSMİ AÇIQLAMA
9 iyun 2025 , 11:20