Öldürücü virusa yoluxmuş heyvanlar üçün dərman preparatları gətiriləcək
05 sentyabr 2013 14:17 (UTC +04:00)

Öldürücü virusa yoluxmuş heyvanlar üçün dərman preparatları gətiriləcək

Bu yaxınlarda respublikaya öldürücü virusa yoluxmuş iri buynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatları gətiriləcək.


 

Lent.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, təxminən iki ay müddətində virusa yoluxmuş heyvanlar sağalacaqlar: “Hazırda Dövlət Baytarlıq Xidməti dərmanların alınması üçün müxtəlif ölkələrlə danışıqlar aparır. Təxminən 15 günə dərmanların ölkəyə gətirilməsi nəzərdə tutulub”.

 

A.Aslanovun sözlərinə görə, bu xəstəlik yayılmamışdan öncə də nazirlik mövcud olan dərman vasitələri ilə profilaktik tədbirlər aparıb: “Lakin respublikada virusun bu dərəcədə artacağını gözləmirdik. İndi görülən bir sıra tədbirlər nəticəsində xəstəlik azalır. Məsələn, 20 min baş heyvan sağalmaq üzrədir, 2350 baş heyvan hazırda müalicə olunur, ölən heyvanların sayı isə 108 başdır. Bu xəstəliyin heç bir perspektivi yoxdur və onun tezliklə bitməsini güman edirik. Məlum olduğu kimi, bizə bu məqsədlə dövlət başçısına müraciət etdik və bizə yardım üçün Ehtiyat Fondundan 2 mln. 350 min manat həcmində pul ayrıldı”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04