Nicat Dağlar oktyabrın 10-da Bakıya qayıdır. Bu barədə Lent.az-a jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, müalicəsinin birinci mərhələsi uğurla yekunlaşıb. N.Dağların xəstəliyi ilə bağlı alman həkimlər ümidverici rəydədirlər. Onlar hesab edirlər ki, xəstəlik o səviyyəyə düşüb ki, ola bilsin, analizdən sonra əməliyyata ehtiyac olmadı.
Jurnalist qanda olan leykositlərin sayının sürətlə azaldığını deyib: “Həkimlər deyirdi ki, belə xəstəliklərə qalib gəlmək üçün birinci növbədə sağalacağına inamını itirməməlisən. Mən Azərbaycanda olanda da çox ümidliydim. Həm dövlətim, həm də yaxınlarım və dostlarım tərəfindən sevgiylə, qayğıyla əhatə olunmağım sabaha inamımı artırırdı. Şükür Allaha ki, hər şey yaxşıdır”.
Qeyd edək ki, N. Dağların növbəti müayinəsi oktyabrda olacaq. Həmin müayinə zamanı ilik analizi də götürüləcək.