Nərimanovda möhtəşəm park salınıb
29 iyul 2013 10:21 (UTC +04:00)

Nərimanovda möhtəşəm park salınıb

Parkın ümumi sahəsi 2 hektardır

Bakıda Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində böyük parkın tikintisi başa çatıb. Lent.az-ın məlumatına görə, bu barədə day.az-a Bakının Nərimanov rayon İcra Hakimiyyətindən bildiriblər. 
 
Parkın ümumi sahəsi təxminən 2 hektardır. Burada fontanlar, yeni işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar və kollar əkilib, yaxınlıqda yaşayan sakinlərin istirahəti üçün bütün şərait yaradılıb.
 
İcra Hakimiyyətindən qeyd ediblər ki, park 2 hissədən ibarət olacaq. Onun birinci hissəsi artıq hazırdır, ikinci hissə isə Həsən Əliyev küçəsindən F.Xoyski küçəsinədək uzanacaq. Burada həmçinin 800 yerlik yeraltı, ikimərtəbəli parkinqin inşası planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2066

Oxşar yazılar