Nazirlikdən əkinçiliklə bağlı bədbin proqnoz
14 may 2013 13:45 (UTC +04:00)

Nazirlikdən əkinçiliklə bağlı bədbin proqnoz

Mayın 16-dan Respublika ərazisində mülayim-isti və yaz mövsümünə xas olan yağışlı hava şəraiti gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Belə hava kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması üçün əlverişli olsa da, lakin ayrı-ayrı günlərdə gözlənilən qısamüddətli yağışlar payızlıq dənli əkinlərində gövdələrin yerə yatmasına və buğda sünbüllərində çiçəklənmənin çətinləşməsinə səbəb ola bilər. Rütubətli və mülayim isti hava şəraiti ziyanvericilərin və alağın artması üçün əlverişli olacaq.

# 912

Oxşar yazılar