Nazir problemlərdən danışdı
14 may 2013 11:05 (UTC +04:00)

Nazir problemlərdən danışdı

“Həkimlik peşəsi çox dəyərli peşədir. Bu sənətə yiyələnənlərin işə qəbulunun mərkəzləşdirilmiş şəkildə aparılması böyük nailiyyətdir”. Lent. az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev həkimlərin mərkəzləşdirilmiş işə qəbulu imtahanından uğurla keçən mütəxəssislərlə görüşdə bildirib. Nazirin sözlərinə görə, ölkəmizdə kadr probleminin həlli istiqamətində lazımi işlər görülür: “300 nəfərdən artıq mütəxəssisimiz bir çox xarici ölkələrdə təhsil alır, ixtisaslarını artırırlar. Bu gün səhiyyə sahəsində hələ də kadr problemi qalmaqdadır”.

Nazir onu da vurğulayıb ki, əgər yüksək kadrlar olmasa, tibb müəssisələrinin yenidən qurulması və təchizatı üçün ayrılan maliyyə vəsaitinin heç bir mənası olmayacaq.

O. Şirəliyev onu da vurğulayıb ki, bu gün Azərbaycanın bütün bölgələrində yeni tibb müəssisələri yaradılıb və onlar müasir təchizatla təmin edilib. 

# 527

Oxşar yazılar