
Meyvə şirəsi, yoxsa qazlı içki? – GÖZLƏNİLMƏZ NƏTİCƏ
Tibb dünyasının yaxından izlədiyi “JAMA” jurnalında ilginc bir araşdırmanın nəticəsi dərc edilib.
Lent.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə Cərrahpaşa Tibb fakültəsinin professoru, həkim Derya Uludüz 6 il olmaqla 45 yaşdan yuxarı 13 mindən çox insan arasında araşdırma aparıb.
Belə ki, 6 il hər gün ayrı-ayrılıqda eyni miqdarda qazlı içki və meyvə şirəsi qəbul edənlər sonda qarşılaşdırılıb. Məlum olub ki, meyvə şirəsi içən insanların 24 faizində erkən ölüm riski yaranıb. Bu hal qazlı içki içənlərin isə 11 faizində baş verib.
Meyvə şirələrinin qazlı içkilərdən zərərli olmasına səbəb kimi şəkər göstərilib. Meyvə şirələrinin və meyvənin tırkibində bir çox vitamin, mineral olduğu üçün daha tez enerji almaq mümkündür, ancaq meyvənin özünü yediyimiz zaman doyuruq. Həmçinin meyvə şirəsindən fərqli olaraq meyvədə 35 faiz daha az şəkər var.
Şirələrin zərərli olmasına bir səbəb də onun lifidir. Meyvəni yedikdə lifi qəbul edirik. Lifli qidalar isə daha uzun müddət tox tutduğu üçün xeyirlidir.
Bundan başqa meyvə şirəsi qəbul etdikdə bir andaca qanda şəkər yüksəlir. İnsulin hormonunun yüksəlməsi nəticəsində isə insanlar daha tez acır. Tez-tez şirə içdikdə bir müddət sonra insulinin yüksəlməsi adiləşir və yavaş-yavaş diabet xəstəliyinə səbəb ola bilir.
Həmçinin çox şəkərli olan qidalar aclıqla, toxluq siqnallarını pozur və iştahaya nəzarət etməkdə çətinlik yaradır. Çox şəkərli qidalar qəbul edən insanların isə daha çox yemək yemələrinə və artıq çəkili olmalarına səbəb budur.
Oxşar yazılar

Bir BÜRCƏ şad xəbər: Bu həftə həyatınız kökündən dəyişəcək
24 fevral 2025 , 00:01
Azərbaycanda hava ilə bağlı hansı hallarda işlər dayandırılmalıdır?
23 fevral 2025 , 23:30
Sabah məktəblərdə dərslər ənənəvi qaydada davam edəcək
23 fevral 2025 , 23:19
Polisdən xəbərdarlıq - Yol örtüyü sizi aldada bilər
23 fevral 2025 , 21:51
Sabah bir çox universitetdə dərslər onlayn olacaq
23 fevral 2025 , 20:58
Azərbaycanda ən soyuq hava bu tarixdə gözlənilir - XƏBƏRDARLIQ
23 fevral 2025 , 19:59
Bu bürclərin kişiləri üçün siz həmişə anasından sonra ikinci olacaqsınız
23 fevral 2025 , 19:53