“Keçən qurultayın qətnaməsində “reket jurnalistika”ya qarşı mübarizə də Mətbuat Şurasının prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdi. Qurultaydan sonra bu iş keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Lent.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası yaradılıb: “Mətbuat Şurası tərəfindən 2009-cu ilin “reket jurnalistika”ya qarşı mübarizə ili elan edilməsi bu istiqamətdəki səylərin artırılmasında özünü göstərdi. Əgər 2008-ci ildə adları “qara siyahı”ya salınan qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatıb”.
Ə. Amaşov vurğulayıb ki, Mətbuat Şurası etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyətilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının “qara siyahı”ya salınması ilə yetərli saymayıb: “Şuranın tərkibində yaradılan «Apellyasiya qrupu»nun apardığı araşdırmalara istinadən düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə “qara siyahı”dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda “qara siyahı”da 84 KİV-in adı yer alıb”.

Mətbuat Şurasının “qara siyahı”sında 84 KİV-in adı var
Oxşar yazılar

Bu il Yer üzündə tarixin ən qısa günü ola bilər
5 iyul 2025 , 09:50
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı - FOTOLENT
5 iyul 2025 , 09:19
Pul əlinizə özü gələcək: İyulda varlanacaq BÜRCLƏR
5 iyul 2025 , 09:09
5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46