Prezident İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə,
Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Masallı Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat, Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün 2 milyon manat, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının tikintisi üçün 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğlərdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.