IV qrupda istifadə olunan testlərin düzgün cavabları açıqlanıb
29 iyul 2013 10:14 (UTC +04:00)

IV qrupda istifadə olunan testlərin düzgün cavabları açıqlanıb

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-də keçirilən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə düzgün cavabları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, düzgün cavablar artıq komissiyanın internet saytında  (Azərbaycan bölməsi http://tqdk.gov.az/et2013/a4_e280713.htm, Rus bölməsi - http://tqdk.gov.az/et2013/r4_e280713.htm) yerləşdirilib.

 

Hazırda IV ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı aparılır. Bu proses başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025

Oxşar yazılar