Azərbaycanda internet media ailəsinə yeni bir sayt daxil olur. Lent.az-ın məlumatına görə, analitik.az saytı ölkəmizdə və dünyada baş verən proseslərə dair xəbərləri, müxtəlif mövzularla bağlı araşdırma və analitik yazıları, şərhləri, müraciətləri, mütəxəssis rəylərinin ünvanı olacaq. Saytın məqsədi – əsasən, hüquq, iqtisadiyyat, sosial mövzularda analitik təhlillər, şərhlər hazırlamaq və yaymaq, hüquqi maarifləndirmə aparmaq, əhalinin sosial hüquqları sahəsində bilgilər almasına yardım etməkdir. Bugünkü Azərbaycanda yazılı və elektron KİV-lərin bolluğunda, xüsusən, hüquqi maarifləndirmə sahəsində mövcud boşluğu doldurmaq saytın əsas məqsədlərindən biridir. Bu məqsədlə saytın əsas bölmələrindən biri e-consulting fəaliyyət göstərir. Oxuculardan elektron qaydada gələn sualları saytın tərəfdaşlıq etdiyi hüquq şirkətlərinin əməkdaşları operativ qaydada cavablandıracaqlar. Saytda, həmçinin, gündəlik baş verən hadisələrə dair hüquqi rəylər, mətbuat üçün xülasələr hazırlanaraq yayımlanacaq. lawyers.az bölməsi isə hüquqşünasların peşəkar virtual klubu kimi fəaliyyət göstərməklə yanaşı burada oxucularımıza peşəkar vəkillər, praktiki hüquq xidməti göstərən şəxslər, o cümlədən hüquq sahəsində tanınmış alimlər və araşdırmaçılar haqqında ətraflı məlumat veriləcək. Yeni saytın rəhbəri tanınmış jurnalist Mehparə Quliyevadır. Qeyd edək ki, Mehparə Quliyeva müxtəlif yazılı mətbuat orqanlarında, o cümlədən 10 ilə yaxın İctimai Televiziyada aparıcı, böyük redaktor, xəbərlər və ictimai-siyasi verilişlər Departamentinin direktoru vəzifələrində çalışıb.

İTV-nin keçmiş departament direktoru analitika.az-ın rəhbəri oldu
Oxşar yazılar

Magistraturaya maraq niyə azalıb? - Deputat DANIŞDI
20 avqust 2025 , 14:03
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları TƏQDİM OLUNDU – Aqil Ələsgər mükafata layiq görüldü - VİDEO
20 avqust 2025 , 13:25
Bakıda avtobuslara maraq artır - Avtomobildən ictimai nəqliyyata DÖNÜŞ
20 avqust 2025 , 13:13
Sabah temperatur 40 dərəcəyə çatacaq - PROQNOZ
20 avqust 2025 , 12:33
5-dən çox uşağı olanlara neçə manat müavinət verilir? - CAVAB
20 avqust 2025 , 11:22
Bölgələrə gedən avtobus acınacaqlı vəziyyətdə - Sərinişinlərdən ETİRAZ
20 avqust 2025 , 11:07
Hərbi Prokurorluqda "962" Etimad xətti yaradıldı
20 avqust 2025 , 10:11