İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı seminar keçirilib
14 dekabr 2012 18:59 (UTC +04:00)

İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə bağlı QHT-lərin üzərinə düşən vəzifələr” mövzusunda seminar keçirib. Bu barədə Lent.az-a Şuranın mətbuat xidmətindən məlumat verilib.   

 

Tədbiri Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov açaraq, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq-mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işinin təşkil olunması ilə bağlı QHT-lərin öhdəsinə düşəm vəzifələrdən danışıb. 

 

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə  işgəncə və digər qeyri-insani rəftara qarşı mübarizədə beynəlxalq standartlar və mexanizmlər, BMT-nin işgəncə üzrə və digər insanı, ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə konvensiyasının müddəaları ilə bağlı məruzə ilə çıxış edib.

Qeyd edək ki, Tədbir zamanı çıxış edən QHT rəhbərləri Nazir Quliyev, Rufiz Qonaqov, Ceyhun Musaoğlu, Etibar Əliyev, Lyudmila Xəlilova, Xanım Əhmədzadə, Əkrəm Bəydəmirli və başqaları müzakirə olunan məsələlərə münasibət bildirərək təkliflər irəli sürüblər.

 

 

 

# 553
avatar

Oxşar yazılar