Təhsil Nazirliyi I sinfə qəbulun hansı formada aparılacağına aydınlıq gətirib.
Lent.az-ın verdiyi məlumata görə, I sinfə qəbul zamanı uşağın doğum haqqında şəhadətnaməsinin notarius tərəfindən təsdiq olunmuş surəti ilə yanaşı, sağlamlığı haqqında arayış da tələb edilir.
Həmin arayış uşağın tibbi uçotda olduğu tibb müəssisəsi tərəfindən verilir. Təhsil Nazirliyi bəyan edir ki, heç bir məktəb rəhbəri bu arayışı almaq üçün valideyni məcburən özəl klinikaya göndərə bilməz. Məktəbli formasını isə valideynlər müəyyən edilmiş mağazalardan hazır alırlar.