Hüseyn Bağırov Qusarda qəbul keçirəcək
20 iyun 2014 13:11 (UTC +04:00)

Hüseyn Bağırov Qusarda qəbul keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qusar şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən Lent.az-a verilən xəbərə görə, iyulun 1-də Qusar şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının vətəndaşları iştirak edə bilər. 

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə müraciət edə bilərlər.

 

Həmçinin, vətəndaşlardan Qusar Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Qusar şəhəri, Heydər Əliyev prospekti - 153, əlaqə telefonları: 050 335 00 11; 051 453 90 96; 023 38 528 91 ) da xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar