Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qəbələ şəhərində yerləşən Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Hüseyn Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilərək qaldırılan məsələlər ETSN-nın aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb, bir sıra məsələlər isə yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılması üçün nəzarətə götürülüb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da Hüseyn Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.