Həkimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlandı
17 oktyabr 2013 12:45 (UTC +04:00)

Həkimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlandı

0

Azərbaycanda dövlət səhiyyə müəssisələrinə həkimlərin işə qəbulu məqsədi ilə mərkəzləşdirilmiş imtahanda iştirak etmək istəyən namizədlərin növbəti sənəd qəbulu başa çatıb.


 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi xəbərə görə, sentyabrın 13-dən başlanan sənəd qəbulu prosesi oktyabrın 12-də yekunlaşıb. Onun sözlərinə görə, bir aya yaxın davam edən sənəd qəbulu zamanı 1500 vakant yerə 265 ərizə daxil olub: “Artıq ərizələrin qəbulu və yoxlanması prosesi yekunlaşıb. Həkimlərin işə qəbulu üzrə müsabiqənin ilk mərhələsi-test imtahanları 4 gün ərzində aparılacaq. Belə ki, vakant yerlərə sənəd verən həkimlər oktyabrın 22, 24, 29 və 31-də imtahan verəcəklər. Test imtahanından uğurla keçən namizədlər müsahibədə iştirak edəcəklər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 781

Oxşar yazılar