Hava yağışlı və küləkli olacaq
21 dekabr 2012 00:10 (UTC +04:00)

Hava yağışlı və küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, günün birinci yarısında 10 dərəcəyədək, axşama doğru isə 4 dərəcəyə yaxın isti təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə  şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən giləvar küləyinin dekabrın 21-də axşam xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

# 1011
avatar

Oxşar yazılar