Hava günəşli olacaq
05 aprel 2013 00:10 (UTC +04:00)

Hava günəşli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

 


Azərbaycanın rayonlarına gəlincə, aprelin 5-də hava şəraitinin gün ərzində əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Ayrı-ayrı cənub rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 25, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Aprel ayının 5-dən 8-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

# 663
avatar

Oxşar yazılar