Gülər Əhmədova müxalifət qəzetlərinə abunə olub
04 aprel 2013 16:53 (UTC +04:00)

Gülər Əhmədova müxalifət qəzetlərinə abunə olub

Aprelin 3-də vəkil Eldar Qədimi Bakı İstintaq Təcridxanasında Gülər Əhmədova ilə görüşüb.

 

Lent.az-ın Azadlıq Radiosuna istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Eldar Qədimi bildirib.

“Gülər Əhmədova “dünən qan təzyiqindən əziyyət çəkirdi, təzyiqi aşağı düşmüşdü. Hazırda təcridxananın tibb müəssisəsində müalicəsi davam edir”.

 

İstintaqın gedişi ilə bağlı vəkil bildirib ki, “istintaqın işində hələ heç bir yenilik yoxdur. İstintaq hərəkətləri keçirilsə də bizə heç bir məlumat verilmir. Çünki tamamlanmayıb. Onlar hansısa nəticəyə gələndə məni dəvət edəcəklər”.

 

Eldar Qədiminin dediyinə görə,  Gülər Əhmədova təcridxanada mütəmadi mətbuatla tanış olur: “Bir neçə qəzetə abunə olmuşuq, vaxtı-vaxtında alır. “Azadlıq” və “Yeni Müsavat” da daxil olmaqla üç qəzet alır. Darıxır, çıxmaq istəyir. Deyir günahım yoxdur. Gözləyir istintaq qurtarsın, həqiqət üzə çıxsın, azad olunsun”.

 

# 1186
avatar

Oxşar yazılar