Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir. Lent.az-ın Kəpəz tv-yə istinadən verdiyi məlumata görə, xarici mütəxəssislərin layihəsi əsasında inşa edilən mərkəzləşdirilən kəsim sexində gün ərzində 150 baş iri, 400 baş isə xırda buynuzlu heyvanın və 1500 ədəd ev quşunun kəsimi və ət istehsalını həyata keçirmək mümkün olacaq. Ərazidə ətin keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da fəaliyyət göstərəcək. Ümumilikdə isə kəsim sexi üçün 6 ha ərazi ayrılıb. Bundan əlavə sexin vasitəsi ilə Gəncədə dönər məhsulları da mərkəzləşdirilən qaydada paylanacaq. Hazırda kompleksə Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlar da gətirilib.

Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38